Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək



On dördüncü dəfə Azərbaycan çempionu olan “Araz” futzal klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək. UEFA turnirin püşkatma mərasiminin vaxtını açıqlayıb.

BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümünün püşkü iyulun 4-də Bakı vaxtı isə saat 16:00-da atılacaq. Həmin gün ilkin və əsas mərhələdə mübarizə aparacaq komandalar rəqibləri ilə tanış olacaq. İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 8-dən 13-dək keçiriləcək. Bu mərhələ başa çatdıqdan sonra elit raundun püşkü atılacaq. Oktyabrın 18-də keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq. Mərhələnin oyunları isə noyabrın 19-dan 24-dək baş tutacaq. “Dördlər final”ı isə 2020-ci il aprelin 23-də və 25-də, ya da 24-də və 26-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş