Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ayxan Abbasov: “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi



Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım futbolçularımız soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avrokuboklara getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.

BrendSport.az xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında məğlubiyyətdən (1:0) sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq. Final tək oyundur. “Qəbələ” də kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar”.


Facebook-da paylaş

Xəbəri paylaş