Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



XIV Respublika Universiadasında stolüstü tennis yarışlarına yekun vurulub



“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIV Respublika Universiadasında stolüstü tennis yarışlarına yekun vurulub.

BrendSport.az xəbər verir ki, qızlar və oğlanlar arasında stolüstü tennis yarışları Gəncə Gənclər evində keçirilib. Oğlanların yarışında Azərbaycan Tibb Universitetinin komandası birinci yeri tutub. Gəncə Dövlət Universitetinin təmsilçiləri ikinci, Azərbaycan Dillər Universitetinin tələbələri isə üçüncü olublar. Qızların mübarizəsində isə ilk üçlükdə müvafiq olaraq Azərbaycan Dillər, Gəncə Dövlət və Azərbaycan Tibb universitetlərinin komandaları qərarlaşıblar.

Universiada çərçivəsində idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol üzrə yarışlar təşkil olunub.


Facebook-da paylaş

Xəbəri paylaş