Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Azərbaycan kuboku: “Qəbələ” öz meydanında “Qarabağ”ı məğlub edib



Aprelin 23-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinə start verilib.

BrendSport.az xəbər verir ki, mərhələnin açılış görüşündə “Qəbələ” doğma azarkeşlər önündə “Qarabağ” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolu matçın 72-ci dəqiqəsində Ceyms Adeniyi vurub.

“Qəbələ” dörddədir finalda “Sabah”ı, Ağdam təmsilçisi isə kubokun son qalibi “Keşlə”ni mübarizədən kənarlaşdırıb.

Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşüblər. Komandalar indiyədək 3 dəfə dörddəbir final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıblar. Dörd dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 6:5.

Bu komandaların arasında cavab oyunu mayın 1-də keçiriləcək.

Qeyd edək ki, mərhələnin digər görüşündə “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək. Həmin görüş saat 18:30-da başlayacaq.

Qəsəbə klubu bundan öncəki mərhələdə “Səbail”i, “Sumqayıt” isə “Neftçi”ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Topaz Premyer Liqasında uğursuz çıxış etdikləri üçün UEFA Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyirlər.


Facebook-da paylaş