Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Yaxşı oyunla vacib qələbə qazandıq



BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunda “Sabah” klubu ilə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Sabah”ın “Qarabağ”a qarşı aqressiv oyun nümayiş etdirdiyini söyləyən baş məşqçi Qurban Qurbanov deyib: “Hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik komanda gördük. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir”.

“Sabah” klubunun baş məşqçisi Elşad Əhmədov isə “Qarabağ"ın bütün cəhətlərdə üstün oynadığını qeyd edərək bildirib: “Heyətimizdə itkilərin olması oyunumuza öz təsirini göstərdi. "Qarabağ” layiqli qələbə qazandı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Qarabağ” klubu “Sabah”ı 3:0 hesab ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş