Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Səbail” Futbol Akademiyasına yeni direktor təyin olunub



Futbol akademiyalarının inkişafı prosesində beynəlxalq təcrübəyə malik olan 42 yaşlı Yan Yaap Şmaal “Səbail” klubunun Futbol Akademiyasına yeni direktor təyin olunub.

BrendSport.az kluba istinadla xəbər verir ki, o, 2002-ci ildən 2005-ci ilədək Qətərin paytaxtı Doha şəhərində fəaliyyət göstərən “ASPİRE” futbol akademiyasının açılışında və inkişafında rol oynamış məşqçi korpusunun üzvü olub.

Beynəlxalq səviyyədə tanınan bu akademiyanın açılışından sonra Qətərin müvafiq yaş qrupuna aid milli komandası ilə işləmiş və eyni zamanda, 2005-ci ildən 2018-ci ilədək “ASPİRE” layihəsi çərçivəsində skaut və analitiklərdən ibarət layihənin yaradılmasında və inkişafında mühüm rol oynayıb.

Beynəlxalq səviyyədə tanınan bu akademiya layihəsi sayəsində Qətərin U-19 yaş qrupuna aid milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş Asiya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yan Yaap Şmaal Qətərə gəlməzdən əvvəl Hollandiyanın “Qroningen” klubunun gənclərdən ibarət komandaları ilə işləyib və ABŞ-ın müvafiq yaş qrupuna aid komandaları üçün gənc futbolçular yetişdirib.

2018-ci ildə Yan Yap Şmaal Asiya Futbol Konfederasiyasının Pro Lisenziya kurslarını bitirib, eyni zamanda, UEFA-nın “A” kateqoriyalı məşqçi lisenziyasına malikdir.


Facebook-da paylaş

Xəbəri paylaş