Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXII turuna start veriləcək



Martın 30-da futbol üzrə Topaz Premyer Liqasının XXII turuna start veriləcək.

BrendSport.az verir ki, tura saat 16:00-da keçiriləcək “Zirə” – “Səbail” oyunu ilə start veriləcək. Zirə İdman Kompleksində təşkil olunacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.

“ASK Arena”da oynanılacaq ikinci görüşdə Premyer Liqanın lideri “Neftçi” komandası “Keşlə”nin qonağı olacaq. Matçın idarə olunması Əliyar Ağayevə tapşırılıb.

Turun digər iki görüşü aprelin 1-də oynanılacaq. “Qəbələ” doğma azarkeşlər önündə debütant “Sabah” ilə qarşılaşacaq. Saat 14:00-da Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Rauf Cabbarov idarə edəcək.

Topaz Premyer Liqasının XXII turuna “Kapital Bank Arena”da oynanılacaq “Sumqayıt” - “Qarabağ” görüşü ilə yekun vurulacaq. Saat 18:30-da başlayacaq oyunda baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 45 xal olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 29 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Sabah” (22), “Zirə” (22), “Keşlə” (19) və “Sumqayıt” (17) klubları yer alıb.


Facebook-da paylaş

Xəbəri paylaş