Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə və gənc karateçilər arasında seçim turniri keçirilib



Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri arasında növbəti seçim turniri keçirilib.

Yarışın məqsədi və qarşıdakı planlarla bağlı fikirlərini BrendSport.az -la bölüşən əməkdar məşqçi Anar Allahverdiyev deyib: “Bu il Avropa çempionatından gözəl nəticələrlə gəlmişik. Dörd qızıl və 1 bürünc medalla 51 ölkə arasında 4-cü yeri tutmuşuq. Milli komandanın üzvlərinin həm yaşları, həm də çəkiləri dəyişdiyinə görə ilin sonunda dünya çempionatında başqa yaş qruplarında və çəkilərdə çıxış etməli olacaqlar. Dünya çempionatına hazırlıq məqsədilə milli komandanın tərkibini müəyyənləşdirmək üçün seçim yarışı təşkil etməyə qərar verdik. Obyektivliyin təmin olunması üçün ötən ay Avropa çempionatında mükafat qazanan idmançılar da digərləri kimi seçimlərə qatılıblar.

Mayın əvvəlində bizi Kiprdə yeniyetmə və gənclərin Liqa yarışı gözləyir. Bu turnir oktyabrda Çilinin paytaxtı Santyaqoda keçiriləcək dünya çempionatına ilk sınaq mərhələsi olacaq. Fevralda Avropa çempionatında fərqlənən idmançıların federasiya rəhbərliyi tərəfindən mükafatlandırılması onlara əlavə stimul verib. Baş məşqçi kimi şəxsən öz adımdan və milli komandanın heyəti adından diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk. Çalışacağıq ki, qarşıdakı rəsmi yarışlarda, xüsusilə dünya çempionatında bizə bəslənilən etimadı lazımi səviyyədə doğruldaq”.


Facebook-da paylaş

Xəbəri paylaş