Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Halal məhsul, sehirli dad


VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Dünya birinciliyində və Avropa çempionatında uğur qazanan idmançılarla görüş olub



Yeniyetmə ağır atletlər arasında ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində və 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandasının üzvləri ilə martın 19-da Gənclər və İdman Nazirliyində (GİN) görüş olub.

BrendSport.az xəbər verir ki, görüşdə qələbə münasibətilə idmançıları təbrik edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu yüksək nailiyyətin əsasında ölkəmizdə idmanın, o cümlədən ağır atletikanın və boksun inkişafına göstərilən yüksək diqqət və qayğı ilə yanaşı, federasiyaların rəhbərliyinin uğurlu fəaliyyətinin də dayandığını vurğulayıb.

İdmançıların uğurunu tarixi nəticə adlandıran İsmayıl İsmayılov qeyd edib ki, bu nailiyyət hər birimizi sevindirir. Azərbaycanda idmançılar daim dövlət qayğısını hiss edirlər. Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyada idman dövləti kimi tanınmasının göstəricisidir. Azərbaycan “Bakı 2015” I Avropa, “Bakı 2017” IV İslam Həmrəyliyi oyunları, Formula 1 kimi yarışına ev sahibliyi edib. O, idmançılara Yay Olimpiya Oyunlarında da uğur qazanmağı arzulayıb.

Ağır atletlərimizin ABŞ-da böyük uğura imza atdıqlarını deyən Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov bildirib ki, idmançılarımızın yarışa yüksək səviyyədə hazırlaşdıqlarını və birinciliyə tam hazır yollandıqlarını deyib. Qeyd edib ki, bu heyət gələcəkdə əsas komandanın heyətinin formalaşmasında böyük rol oynayacaq. O, əldə olunan uğurun arxasında böyük zəhmətin və gərgin hazırlığın durduğunu deyib. R.Rəsulov Azərbaycan dövlətinin ölkəmizdə idmanın digər növləri kimi, ağır atletikanın da inkişafına yüksək diqqət və qayğı göstərdiyini, bu etimadı qarşıdakı yarışlarda da layiqincə doğrultmağa çalışacaqlarını qeyd edib.

Milli komandanın baş məşqçisi Asif Məmmədov yeniyetmə idmançıların böyük ümidlər vəd etdiklərini vurğulayıb, qazanılan nəticələrdən məmnunluğunu bildirib: “Yarışa tam heyətlə gedə bilmədik. Zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Buna baxmayaraq, bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik”.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov Avropa çempionatında üç medal qazandıqlarını bildirərək deyib: “Biz Avropanın ən güclü yığmaları ilə rəqabət aparırıq. Nəticə və idmançılarımızın çıxışı qənaətbəxş oldu. Medallarımızın sayı daha çox ola bilərdi. Ancaq hakimlərdən narazı qaldıq”.

Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev deyib ki, hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticəni qənaətbəxş hesab etmək olar. Bu, gənclərin inkişafı üçün önəmli yarış idi.

Nəticədən razı qaldıqlarını vurğulayan boks üzrə yığmanın baş məşqçisi Vaqif Şirinov diqqətə çatdırıb ki, bu, gənclərin inkişafı üçün önəmli turnir oldu. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər.

Xatırladaq ki, martın 8-dən 16-dək 44 ölkədən 200-ə yaxın ağır atletin mübarizə apardığı dünya birinciliyində milli komandamızın beş üzvü iştirak edib. Onlardan dördü yarışı medalla başa vurub. Ömər Cavadov (55 kiloqram çəki dərəcəsi) və Rüstəm Qasımov (67 kiloqram) birdən qaldırma hərəkətində bürünc medal qazanıblar. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medal əldə edib. Sonda isə Rəhman Kazımov 102 kiloqramdan yuxarı çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medala sahib olub.

Bu göstərici ilə Azərbaycan yığma komandası ölkəmizin ağır atletika tarixinə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. Ümumi medal sayına görə isə komandamız 10-cu pillədə qərarlaşıb. Bu, milli komandamızın indiyədək qazandığı ən yüksək nəticədir.

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatını Azərbaycan millisi 1 qızıl və 2 bürünc medalla başa vurub. Komandamızın lideri Məhəmməd Abdullayev (+91 kq) Avropa çempionu adına layiq görülüb. Boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurka 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) isə bürünc medala sahib olublar.


Facebook-da paylaş