Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın İcraiyyə Komitəsinin üzvləri U-19 millimizlə görüşüblər



Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç yığmamızın üzvləri ilə görüşüb.

BrendSport.az xəbər verir ki, "Dalğa Arena"nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə millimizə uğurlar arzulanıb, müvafiq tövsiyələr verilib.

Xatırladaq ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş