Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İdman Akademiyasının magistr tələbələri Qran-Pri yarışlarında Paralimpiya Komitəsini dəstəkləyəcəklər



BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr proqramının direktoru Den Meysonu qəbul edib. Görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev və İdman Jurnalistikası Magistr proqramının meneceri Ellada Mustafayeva da iştirak edib.

MPK prezidenti İlqar Rəhimov komitənin fəaliyyəti barədə qonağa məlumat verib. O qeyd edib ki, Milli Paralimpiya Komitəsi əlillərin idman sayəsində cəmiyyətə inteqrasiyası istiqamətində işlər həyata keçirir.

Den Meyson da öz növbəsində rəhbərlik etdiyi proqram haqqında məlumat verib. O, MPK ilə əməkdaşlıq sahəsində təkliflər səsləndirib. D.Meyson qeyd edib ki, proqramın tələbələri MPK-nın tədbirlərinin,o cümlədən 13-14 may tarixlərində Bakıda keçiriləcək Para Cüdo üzrə Beynəlxalq Qran-Pri yarışlarının işıqlandırılması sahəsində öz xidmətlərini göstərə bilərlər. Bununla tələbələr həm təcrübə toplayar, həm də ki, Azərbaycanda Paralimpiya Hərəkatının təbliğatı sahəsində xidmət göstərmiş olarlar.

Den Meysonun təklifləri komitənin prezidenti tərəfindən müsbət qarşılanıb. Əməkdaşlıq edilməsi barədə ilkin razılığa gəlinib.





Facebook-da paylaş