Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Asif Məmmədov: Çalışacağıq ki, ölkəmizi dünya birinciliyində layiqincə təmsil edək

Asif Məmmədov: Çalışacağıq ki, ölkəmizi dünya birinciliyində layiqincə təmsil edək
Artıq bir neçə gündür Las-Veqasdayıq. Dünya birinciliyinə 5 atletlə qatılacağıq. Təlim-məşq toplanışımızı uğurla davam etdiririk.

BrendSport.az xəbər verir ki, bu sözləri martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyinə hazırlığı davam etdirən ağır atletika millimizin baş məşqçisi Asif Məmmədov deyib.
Gənc mütəxəssis, həmçinin bildirib ki, idmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. Məşqlərimiz normal keçir. Komandamız yarışa hazırdır. Çalışacağıq ki, turnirdə ölkəmizi layiqincə təmsil edək və yaxşı nəticələr qazanaq.
Qeyd edək ki, dünya birinciliyində Azərbaycanı beş atlet - Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) təmsil edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş