Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bir qrup idmançı və məşqçi mükafatlandırılıb



BrendSport.az xəbər verir ki, Göyçayda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar rayon icra hakimiyyətində bir qrup idmançı və məşqçilərlə, həmçinin gənclərlə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə görüşdə çıxış edərək bildirib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan M.Səlimzadə cəmiyyətin mühüm vəzifələrindən birinin sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsi olduğunu vurğulayıb.

O, rayon idmançılarını Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Sonra çıxış edən Göyçay Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov bildirib ki, bu gün rayonda gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Göyçayda minlərlə yeniyetmə və gənc fəal şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.

Ötən ilin Göyçay rayonunun idman həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldığını bildirən E.Şirinov məşqçi-müəllimlər və idmançılar üçün təşkil edilən təlim-məşq toplanışlarının onların təcrübə qazanmasında müstəsna rol oynadığını vurğulayıb.

Əməkdar məşqçi Kamran Baxışov, veteran məşqçi Feyruz Şükürov çıxış edərək, idmançılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda rayon icra hakimiyyəti tərəfindən bir qrup idmançı və məşqçi təşəkkürnamələr və hədiyyələrlə təltif olunub.


Facebook-da paylaş