Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Yardımlıda "5 mart Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir keçirildi



BrendSport.az xəbər verir ki, 5 mart 2019-cu il tarixdə Yardımlı rayon «Gümüş” şadlıq sarayında "5 mart Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyəti, Uşaq Gənclər Şahmat İdman Məktəbi, rayon ağsaqqallar şurasının nümayəndələri, İdman üzrə məşqçi-müəllimlər, yüksək nailiyyətlər əldə etmiş fəal gənclər və idmançılar iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə açan Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov qeyd etdi ki, bu gün Ümummilli Lider Heydər Əliyevin Gənclər və İdman siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Məhz elə bayram günü kimi qeyd etdiyimiz bu gün də ölkədə idmanın inkişaf etdirilməsinə daha böyük təkanın verilməsi üçün Cənab Prezidentin 2005-ci il martın 4-də “Bədən Tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar şurasının sədri Məzlum Mənsimov, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Nazim Rzayev bu günün əhəmiyyəti barədə məlumat verdilər. Ötən dövr ərzində idmanın inkişafında göstərdiyi xidmətlərinə görə bir sıra idman ictimaiyyəti nümayəndələri Yardımlı rayon Gənclər və İdman idarəsinin təsis etdiyi “Diplom” və hədiyyələrlə təltif olundular.
Tədbirin sonunda Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Xamiyev çıxış edərək idman ictimaiəyyətin təbrik etmiş, tədbiri yüksək qiymətləndirmişdir.


Facebook-da paylaş