Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun oyunlarının vaxtı müəyyənləşib



Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarının vaxtı müəyyənləşib.

BrendSport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XVIII turun oyunları iki günü əhatə edəcək.

Tura martın 9-da saat 16:00-da “ASK Arena” stadionunda keçiriləcək “Keşlə”–“Sabah” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Qarabağ”–“Zirə” oyunu isə saat 18:30-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

İkinci oyun gününün ilk matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Saat 14:00-da şəhərin eyni adlı klubu “Səbail” komandasını qəbul edəcək. Turun sonuncu oyununda “Sumqayıt” və “Neftçi” klubları üz-üzə gələcək. Həmin görüş saat 16:30-da “Kapital Bank Arena”da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

On səkkiz turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 38 xal olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 30 xalla üçüncü, 24 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (21), “Zirə” (17), “Keşlə” (16) və “Sumqayıt” (15) yer alıblar.


Facebook-da paylaş