Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Günay Məmmədzadə ölkə çempionatında növbəti qələbəsini qazanıb

Günay Məmmədzadə ölkə çempionatında növbəti qələbəsini qazanıb
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında səkkizinci tura start veriləcək.
BrendSport.az xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı çempionatda 7 turun nəticələrinə görə Günay Məmmədzadə turnir cədvəlində liderliyini davam etdirir. Ötən turda Gülnar Məmmədovanı məğlub edən G.Məmmədzadə xallarının sayını 6,5-ə çatdırıb. O, növbəti partiyanı aktivində 4 xal olan Nərmin Söyünlüyə qarşı keçirəcək.
Ölkə çempionatında G.Məmmədzadədən sonra ən yüksək nəticəni Xanım Balacayeva göstərib - 5,5 xal. Üçüncü pillədə isə 5 xalla Gövhər Beydullayeva qərarlaşıb.
Ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.


Facebook-da paylaş