Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”nin italiyalı yeni legioneri: Komandaya uyğunlaşmağa başlamışam

“Neftçi”nin italiyalı yeni legioneri: Komandaya uyğunlaşmağa başlamışam
Komandaya yeni qoşulmuşam. Bununla belə, artıq uyğunlaşmağa başlamışam. Çox gözəl kollektivimiz var.
BrendSport.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun italiyalı yeni hücumçusu Canluka Sansone komandanın saytına müsahibəsində deyib.
İtaliyalı futbolçu bildirib: “Özümü burada çox yaxşı hiss edirəm. “Keşlə” ilə oyuna gəldikdə deyə bilərəm ki, yaxşı oyun nümayiş etdirdik. Şadam ki, ilk görüşümdə qələbə qazandıq. Əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verir. Start heyətində və ya sonradan meydana daxil olmağımın mənim üçün elə bir fərqi yoxdur. Əsas odur ki, hər oyuna hazır olub, komandama fayda verim”.
C.Sansone Azərbaycan Premyer Liqasında ilk dəfə XVI turda “Keşlə” ilə oyunda meydana çıxıb. O, futbol üzrə Azərbaycan çempionatında çıxış edən ilk italiyalı legionerdir.


Facebook-da paylaş

Xəbəri paylaş