Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi olub



Fevralın 4-də Bakıda “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Beynəlxalq arenalarda Azərbaycan idmançılarının parlaq nailiyyətlərə imza atdıqlarını vurğulayan F.Məmmədov qeyd edib ki, bu sahədə əldə edilən uğurların sayı getdikcə artır. Federasiyanın vitse-prezidenti son vaxtlar stolüstü tennis idmanının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Bu il stolüstü tennisçilərimizin Macarıstanda beynəlxalq turnirdə bir gümüş, bir bürünc, Rusiyada bir qızıl, iki gümüş və bir bürünc medal qazandıqlarını bildirən vitse-prezident növbəti yarışlarda idmançılarımızdan daha yüksək nəticələr gözlədiklərini deyib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatı şəxsi və komanda xarakteri daşıyır. Çempionatda Azərbaycanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edir.

Turnirə fevralın 8-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş