Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” italiyalı hücumçu alır

“Neftçi” italiyalı hücumçu alır

Hücumçu axtarışında olan “Neftçi” istədiyi futbolçunu İtaliyada tapıb.

BrendSport.az xəbər verir ki, paytaxt klubunun italiyalı baş məşqçisi Roberto Bordin həmyerlisinə güvənmək qərarına gəlib.

Belə ki, “ağ-qaralar” İtaliyanın C Seriyasında mübarizə aparan “Novara”nın hücumçusu Canluka Sansoneni heyətinə qatmağa hazırlaşır. Bu barədə italiyalı jurnalist Emanuele Culyanelli öz “Tvitter” hesabında məlumat yayıb. Transferin qısa zamanda rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, peşəkar karyerasına 2005-ci ildə “Montorio”da başlayan Sansone, sonrakı illərdə “Valle del Covenko”, “Syena”, “Qallipoli”, “Lansiano”, “Frozinone”, “Sassuolo”, “Torino”, “Sampdoriya”, “Bolonya” və “Bari” kimi klublarda da forma geyinib. 31 yaşlı forvard 2016-cı ildən “Novara”nın uğurları üçün çalışır. O, bu komandada keçirdiyi 36 oyunda 5 qola imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş