Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakının ən güclü güləşçiləri bəlli oldu



Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib.

BrendSport.az xəbər verir ki, yeniyetmə sərbəst güləşçilərin yarışında Nihat Həsənli (45 kq), Mircavad Nəbiyev (48 kq), Kamal Qasımov (51 kq), Ruslan Şıxıyev (55 kq), Məhəmmədəli Quliyev (60 kq), Coşqun Nəbili (65 kq), Məhəmmədəli Əliyev (71 kq), İsmayıl Cabbarlı (80 kq), İzzət Aşurov (92 kq) və Kamal Veysov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə yunan-Roma güləşçilərinin mübarizəsində Fərid Sadiqli (45 kq), Cavidan Məmmədli (48 kq), Qurban Qurbanov (51 kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Namiq Əhmədov (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) çempion olub.

Gənc sərbəst güləşçilər arasında Tofiq Əliyev (57 kq), Əlimuxtar Abbasov (61 kq), Mürşüd Hüseynov (65 kq), Vahid Əlizadə (70 kq), Əşrəf Aşurov (74 kq), Xəzər Bağırlı (79 kq), Emin Nəcəfzadə (86 kq), Amil Cəlilov (92 kq), Hikmət Məmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) birinci yeri tutub.

Gənc yunan-Roma güləşçilərinin turnirində isə Nihat Məmmədov (55 kq), Elvin Kərimov (60 kq), Elnur Musayev (63 kq), Vəfadar Cəfərov (67 kq), Allahverdi Əliyev (72 kq), Cavid Miralıyev (77 kq), Əlisəftər Məmmədli (82 kq), Laçın Vəliyev (87 kq), Xəyal Mehtiyev (97 kq) və Tarış Əbilov (130 kq) paytaxtın ən güclü güləşçiləri olub.


Facebook-da paylaş

Xəbəri paylaş