Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliya ciu-citsusu üzrə “Baku Open” turniri keçirilib



Hövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Baku Open” turniri keçirilib.

BrendSport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi müəllimi, Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birinci vitse-prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov AZƏRTAC-a bildirib. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 16 klubdan 175 idmançı 25 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıb.

Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Şiraslan Kərimov, “Legion” hərbi vətənpərvərlik klubunun sədri Abuzər Əbilov, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Taleh Həsənov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın respublikamızı beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərini vurğulayıblar.

Yarış bu il keçiriləcək irimiqyaslı turnirlərə hazırlıq xarakteri daşıyır və yekun nəticələrə görə millinin heyəti formalaşdırılıb.

Turnir döyüşçülərin idman ustalığını artırmaq, perspektivli idmançıları aşkarlamaq, Braziliya ciu-citsusunun inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş