Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi" klubu Antalyada son yoxlama oyununu keçirib



Yanvarın 26-da "Neftçi" klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirdib.

BrendSport.az xəbər verir ki, rəqib Bolqarıstanın "Beroe” klubu olub. Görüş flaqmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu Dario Frederiko, 3-cüsünü Baqali Dabo vurub. Matçın 58-ci dəqiqəsində isə yeni transfer Vangelis Platellis oyunda son nöqtəni qoyub. Bununla da "Neftçi" Antalya toplanışını başa vurub.

"Beroe" Bolqarıstan çempionatında 20 oyundan sonra 36 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” Rumıniyanın "Qaz Metan”ına 3:0 hesabı ilə qalib gəlsə də, Çexiyanın "Slovan” (Liberets) komandasına uduzub - 1:2.


Facebook-da paylaş

Xəbəri paylaş