Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tovuzda danışılmış oyunlarla bağlı seminar təşkil olunub



Yanvarın 18-də Tovuz şəhər stadionunda futbol üzrə birinci divizionda mübarizə aparan “Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, təqdimatla çıxış edib.

Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər:

Xatırladaq ki, bir müddət əvvəl “Səbail” və “Kəpəz” klubunun üzvləri üçün də belə seminar təşkil olunub. Bu cür maarifləndirici görüşlər digər klublarla da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş