Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Halal məhsul, sehirli dad


VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Salyan rayonunda stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir



BrendSport.az xəbər verir ki, 11-16 yanvar 2019-cu il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 9 saylı tam orta məktəbin idman zalında 20 Yanvar şəhidi Elçin İmanovun xatirəsinə həsr edilmiş stolüstü tennis idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Salyan rayonunun 20 Yanvar şəhidi Elçin İmanovun və 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda stolüstü tennis idman növünün kütləviliyinə nail olmaq məqsədi ilə keçirilən rayon birinciliyində yarışlar beş yaş qrupu üzrə aparılmışdır.
İlk olaraq 20 Yanvar şəhidi Elçin İmanovun və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, 20 Yanvar faciəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılmış və hər bir Azərbaycanlının yaddaşına əbədi olaraq xalqımızın igidlik səhifəsi kimi həkk olunmuşdur. Qeyd etdi ki, 20 Yanvar qırğınında şəhid olmuş 147 nəfər arasında məhz Salyanlı həmyerlimiz Elçin Beydulla oğlu İmanov da olmuşdur.
Yanvarın 19-dan 20-nə keçən gecə gecənin bağrını dəlib keçən güllələrdən biri də Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi olan həmyerlimiz, Elçin İmanova tuş gəldi. O aldığı güllə yarasından dünyasını dəyişərək, şəhidlik zirvəsinə ucaldı. Şəhidlərimizin əziz xatirəsi daima yüksək ehtiramla anılır.
Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif edildilər.

Rayon birinciliyinin qalibləri aşağıdakı kimi müəyyənləşdi:
2008-2011 –ci il təvəllüdlülər (qızlar)
III yer Mahmudova Çinarə
II yer Ələkbərli Minurə
I yer Qafarova Azərin
2009-2010 –cu il təvəllüdlülər
III yer Şirinli Allahverdi
II yer Ələkbərli Hüseyn
I yer Bağırzadə Qurbanəli
2007-2009 –cu il təvəllüdlülər (qızlar)
III yer Ələkbərli Fatimə
II yer Bəxtiyarlı Ruhəngiz
I yer Qafarova Güllü
2007-2009 –cu il təvəllüdlülər
III yer Tağızadə Nihad
II yer Babayev Xəyal
I yer Məmmədov Dəniz
2003-2006 –cu il təvəllüdlülər
III yer Məmmədov Əlipaşa
II yer Səmədov Niyaz
I yer Səmədzadə Nihad











Facebook-da paylaş