Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Ötən il DİN-in İdman Cəmiyyətinin əməkdaşları ölkə və beynəlxalq miqyaslı yarışlarda 253 medal qazanıblar




Ötən il Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyəti üçün böyük uğurlar, qələbə sevincləri ilə yadda qalıb. Daxili işlər orqanlarında idmanın inkişafına xüsusi diqqətin göstərilməsi bu sahədə böyük nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Dünya miqyaslı yarışlarda qurumun əməkdaşları mühüm uğurlar qazanmaqla Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

DİN-nin mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, 2018-ci il nazirliyin İdman Cəmiyyətinin əməkdaşları ölkə və beynəlxalq miqyaslı yarışlarda 253 medal qazanıblar. Onların 104-ü qızıl, 62-si gümüş, 87-si bürüncdür. Mükafatlardan 82-si beynəlxalq, 171-i isə respublika birinciliyi və çempionatlarında əldə edilib. Onlardan 30-u ölkənin milli komandalarının tərkibində Avropa və dünya çempionatlarında qazanılıb.

Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan polisinin yaranmasının 100 illik yubileylərinə, dövlət bayramlarına həsr olunmuş, həmçinin idmanın kütləviliyinin təmin edilməsi məqsədilə keçirilən yarışlara 800-dək idmançı qatılıb. Yarışlarda fərqlənmiş idmançılardan 35-i birinci dərəcə normativlərini doldurub. Cəmiyyətin dörd əməkdaşı “Fəxri bədən tərbiyəsi və idman işçisi”, bir nəfər “Əməkdar məşqçi”, bir nəfər isə “Əməkdar idman ustası” fəxri adlarına layiq görülüb. İki idmançıya Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni mənzillərin orderləri təqdim olunub. Ölkəmizdə idmanın inkişafı sahəsində göstərdikləri xidmətə görə əməkdaşların dövlət tərəfindən yüksək mükafatlara layiq görülməsi onları gələcəkdə daha böyük uğurlar qazanmağa həvəsləndirir.

Hazırda İdman Cəmiyyətinin Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərləri üzrə regional qurumlarında idmanın 17 növü üzrə bölmələr fəaliyyət göstərir. Cüdo, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, bədii gimnastika, stend atıcılığı, güllə atıcılığı, atletika, atçılıq, karate, əlbəyaxa döyüş, kikboksinq, ciu-citsu, aykido, akrobatika, uşu-sanda üzrə bölmələrdə yüzlərlə yeniyetmə və gənc idmanla məşğul olur.

Ötən ilin son günləri Cəmiyyətin təmsilçiləri və polis idmançılar üçün daha yadda qalan olub. İdmanın sərbəst və yunan-Roma güləşi, cüdo, karate, boks və digər növləri üzrə ölkə çempionatlarında təmsilçilərimiz yüksək nəticələr qazanıblar. Qalib gələn idmançılarımız ölkəmizin milli yığmasının heyətinə düşməklə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ qazanıblar. İnanırıq ki, növbəti illərdə də idmançılarımız bayrağımızı yüksəklərdə dalğalandırıb himnimizi səsləndirmək üçün var qüvvələri ilə çalışacaqlar.


Facebook-da paylaş