Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub

Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə start götürən güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib.
Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova BrendSport.az-a bildirib ki, 50-dək atıcının iştirak etdiyi turnirdə 10 metr məsafəyə tapançadan atəşaçma yarışında kişilər arasında Ruslan Lunyov (576 xal) və Nigar Nəsirova (568 xal) birinci yeri tutublar.
Həmin məsafəyə tüfənglə atəşaçma yarışında kişilər arasında Ramiz Xəlilov (598,9 xal), qadınların mübarizəsində isə Jalə Bayramova (619,3 xal) ilk pillədə qərarlaşıblar.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Facebook-da paylaş