Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Vaşaq” İdman Klubu beş yaşını qeyd edib



Azərbaycan Kikboksinq Federasiyası və VKC növləri üzrə Karate-do Federasiyasının nəzdində fəaliyyət göstərən “Vaşaq” İdman Klubu 5 yaşını qeyd edib.

BrendSport.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən klubun direktoru kontakt karate üzrə dünya və Avropa çempionu Əli Əliyev idman qurumunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, idman ölkəsi olan Azərbaycanda döyüş növləri yüksək səviyyədə inkişaf edib. Klubda 370-ə yaxın gəncin idmanla məşğul olduğunu bildirən Ə.Əliyev 2018-ci ildə klubun yüksək nailiyyətlərə imza atdığını diqqətə çatdıraraq deyib: “Ötən il Ukraynada keçirilən kontakt karate üzrə dünya kubokunda yetirmələrim Maarif Baxışzadə (45 kq) qızıl, Nicat Məmmədov (65 kq) və Qalib Baxışzadə gümüş medal qazandılar. Həmin yarışda mən 90 kiloqram çəki dərəcəsində kubokun qalibi oldum. Polşada keçirilən Avropa birinciliyində isə yetirməm Aysel Aydəmirzadə (40 kq) gümüş medal əldə etdi. Klubumuzun üzvləri 2018-ci ildə kontakt karate ilə yanaşı, kikboksinq və qarışıq döyüş növləri üzrə keçirilən yarışlarda da uğurlu nəticələri ilə fərqləniblər”.

Sonra çıxış edən federasiya rəsmiləri, məşqçilər idman klubunun fəaliyyəti, əldə etdiyi nailiyyətlərdən söz açıblar.

Sonda klubun inkişafında əməyi olanlar, eyni zamanda, 2018-ci ildə fərqlənən idmançılar və məşqçilər mükafatlandırılıblar.

Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilmiş bədii hissə ilə davam edib.


Facebook-da paylaş