Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan Qılıncoynatma Federasiyası 2018-ci ilə yekun vurub



Azərbaycan Qılıncoynatma Federasiyasında (AQF) ilin idman yekunu ilə bağlı ümumi yığıncaq keçirilib.

BrendSport.az xəbər verir ki, yığıncaqda AQF-in vitse-prezidentləri Fikrət Zeynalov və Fərhad Qasımov, baş katib Vasif Məmmədov, İcraiyyə Komitəsinin üzvləri Balaş Qasımov və Yusif Hüseynov iştirak ediblər.

Kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən baş katib Vasif Məmmədov cari ildə qılıncoynadanlarımızın müxtəlif beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, dünya kuboku kimi məsul yarışlarda iştirak etdiklərini, həmçinin mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarına yollandığını bildirib.

Vasif Məmmədov çıxışında növbəti ildə yerli məşqçilərlə yanaşı, beynəlxalq təcrübəyə malik mütəxəssislərin də federasiya ilə əməkdaşlığa cəlb olunacaqlarını deyib. Qılıncoynatma üçün nəzərdə tutulan yeni geyim ləvazimatlarının alındığını qeyd edən Vasif Məmmədov, qarşıdakı dövrdə təkmilləşmə məqsədilə nizamnamədə dəyişikliklərin edilməsi məsələsinə baxıla biləcəyini, nizam-intizam məsələlərinə daha ciddi yanaşılacağını söyləyib. Baş katib ölkəmizdə qılıncoynatmanın coğrafiyasının genişləndirilməsinin, növbəti ildə yeni bölmələrin açılmasının AQF-in əsas inkişaf istiqamətlərindən olduğunu qeyd edib.

Bir il ərzində federasiyada böyük işlərin görüldüyünü diqqətə çatdıran vitse-prezident Fikrət Zeynalov isə AQF prezidenti Mikayıl Cabbarovun adından tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Vitse-prezident Fərhad Qasımova Azərbaycanda qılıncoynatmanın qədim ənənələrə malik olduğunu və hazırda görülən işlərin AQF-in səmərəli fəaliyyətinin göstəricisi kimi vurğulayıb. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək üçün hədəflər müəyyənləşdirilib.


Facebook-da paylaş