Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Roberto Bordin: Təəssüf ki, ilk oyunda qol fürsətlərindən istifadə edə bilməmişdik



Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda qol fürsətlərindən istifadə edə bilməmişdik. Əks halda, bu gün vurduğumuz qol mərhələ adlamağımıza kifayət edərdi. Yarımfinala yüksələ bilməməyimiz bizim üçün üzücü haldır. Fasilədən yararlanıb, çempionata yaxşı hazırlaşacağıq.

BrendSport.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun dörddəbir final mərhələsində "Sumqayıt"la cavab qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında deyib.

"Mövsüm ərzində zədəli, cəzalı futbolçular olur. Buna baxmayaraq, heyətimiz məni qane edir. Meydana daxil olan futbolçular da vəzifələrinin öhdəsindən gəlmək üçün əllərindən gələni etdilər. Qışda hansı mövqeləri gücləndirməyə, komandanı hansı futbolçuların tərk edəcəyinə gəlincə, bu haqda düşünmək, müzakirə etmək üçün kifayət qədər vaxtımız olacaq. Final fitindən sonra baş hakimə etirazım oyunun tempinin aşağı düşməsi ilə bağlı idi. Rəqib futbolçular bir çox halda tempi aşağı salmaq üçün özlərini yerə yıxırdılar, həkimlər meydana daxil olurdular. Etirazımın səbəbi bu idi”-deyə o əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş