Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib



Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə yekun vurulub.

BrendSport.az xəbər verir ki, “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi “Keşlə” ilə üz-üzə gəlib.

Görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolun müəllifi 65-ci dəqiqədə Rahil Məmmədov olub.

Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2). Dekabrın 16-da isə “Qəbələ” “Sabah”ı minimal hesabla məğlub edib (1:0).


Facebook-da paylaş