Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Futbol üzrə Azərbaycan kuboku turnirində dörddəbir final mərhələsinin iki oyunu keçirilib



Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku turnirində dörddəbir final mərhələsinə start verilib.

BrendSpor.az xəbər verir ki, mərhələnin açılış matçında "Zirə" doğma meydanda "Səbail" komandası ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilmiş görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb (1:0). Yeganə qolu 45-ci dəqiqədə İlkin Muradov vurub. Bu, "Səbail"in legioneri Tome Kitanovskinin 33-cü dəqiqədə qırmızı vərəqə alaraq meydançanı tərk etməsindən sonra baş verib.

Günün növbəti oyununda "Neftçi" öz meydanında "Sumqayıt" komandasını qəbul edib. Görüş Premyer Liqa liderinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb (0:2). Sumqayıtlıların heyətində Əli Babayev (28) və Şəhriyar Əliyev (45+2) fərqləniblər.

Dörddəbir finalın digər iki matçı sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək.

Bu mərhələnin cavab görüşləri dekabrın 19-da oynanılacaq.


Facebook-da paylaş