Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin yarımfinalçıları müəyyənləşib



Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin qrup mərhələsinə yekun vurulub.

ARAF-dan BrendSport.az-a bildiriblər ki, “A” qrupunda yer alan “Murad” komandası “Sərhədçi” kollektivi ilə üz-üzə gəlib. Görüş sərhədçilərin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

Qrupun digər oyunu “Ağstafa” və “Buta Golden” komandaları arasında təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 5:2 hesabı ilə “Buta Golden” komandasının xeyrinə bitib.

“A” qrupundan yarımfinal mərhələsinə “Sərhədçi” və “Buta Golden” komandaları vəsiqə qazanıblar.

Günün maraqla gözlənilən oyunu “B” qrupunda baş tutub. Aktivlərində 3 xal olan “Polad” və “Qarabağ” kollektivləri üz-üzə gəliblər. Görüşdə “Polad” 2:0 hesablı qələbə qazanıb. Qrupun lideri kimi vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanan “Omar” turnir cədvəlinin autsayderi “Köhlən” kollektivi ilə qarşılaşıb. “Omar” rəqibin qapısından 11 top keçirib. “Köhlən” bu qollardan yalnız birinin əvəzin çıxıb - 11:1.

Dekabr 22-də yarımfinalda “A” qrupunu lider kimi başa vuran “Sərhədçi” “B” qrupunun ikincisi “Polad”la qarşılaşacaq. “B” qrupunda birinci yeri tutan “Omar” isə “A” qrupundan “Buta Golden”lə üz-üzə gələcək.

Qeyd edək ki, üçüncü yer və final oyunları dekabrın 23-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş