Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start veriləcək



Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək.

BrendSport.az xəbər verir ki, mərhələnin ilk oyunları iki günü əhatə edəcək. İlk oyun günündə “Zirə”–“Səbail” və “Neftçi”-“Sumqayıt” qarşılaşmaları baş tutacaq.

Günün saat 17:00-da başlayacaq ilk oyununda “Zirə” klubu “Səbail” komandasını qəbul edəcək. Qonaqlar səkkizdəbir finalda I Divizion təmsilçisi “Kəpəz”i 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər. “Zirə” isə mübarizəyə dörddəbir finaldan başlayacaq. İndiyədək ölkə kubokunda qarşılaşmayan komandalar cari mövsüm Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki oyun 1:1 hesabı ilə başa çatsa da, sonradan “Zirə”yə texniki məğlubiyyət verilib. İkinci dövrədəki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qarşılaşmanı Alik Yunusov idarə edəcək.

Günün ikinci görüşündə Premyer Liqanın lideri “Neftçi” klubu “Sumqayıt” komandasının müqavimətini qırmağa çalışacaq. Matç komandaların ölkə kuboku tarixində ilk dueli olacaq. “Gənclik şəhəri” təmsilçisi səkkizdəbir finalda “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. “Neftçi” isə ölkə kubokuna hazırkı mərhələdən başlayır. “Flaqman” çempionatın birinci dövrəsində rəqibini 2:0 hesabı ilə üstələyib. İkinci dövrənin son turuna təsadüf edən matç isə qolsuz bərabərliklə yekunlaşıb.

Əliyar Ağayevin idarə etdiyi görüş saat 19:00-da başlayacaq.

Dörddəbir finalın digər iki matçı sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək.

Qeyd edək ki, dörddəbir finalın cavab görüşləri dekabrın 19-da keçiriləcək.


Facebook-da paylaş