Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Futbolçularımın oyunundan razıyam



Futbolçularımı təbrik edirəm, çempionatın son oyununda vacib qələbə qazandılar. Oyundan və nəticədən razı qaldım. “Zirə” klubunun baş məşqçisi Samir Abasova uğurlar arzulayıram.

BrendSpor.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Ağdamlıların baş məşqçisi deyib: "Rəqibin fərqlənmək şansı oldu. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, “Neftçi” ilə aramızdakı xal fərqi artmasın. Bu il üçün çempionatda son oyunumuz oldu. Bundan sonra Avropa Liqasında “Arsenal” ilə oyuna hazırlaşmalıyıq. Avropa Liqasında da bu sxemlə oynaya bilərik. Düşünürəm ki, həmin oyuna ciddi hazırlaşmalıyıq. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik”.


Facebook-da paylaş

Xəbəri paylaş