Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakının “Neftçi” klubu Litva çempionunu heyətinə qatıb



Bakının “Neftçi” futbol klubu daha bir transfer həyata keçirib.

BrendSport.az kluba istinadla xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. İyirmi beş yaşlı mərkəz müdafiəçisi “Neftçi”nin heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Jalgiris” (Litva, 2016-2018-ci illər) olan Mbodj “Dakar Sakre Kour” (Seneqal), “Srvena Zvezda” və “Napredak” (hər ikisi Serbiya) komandalarında da çıxış edib. “Jalgiris”lə Litva çempionatının, kubokunun və Superkubokunun qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı təmsilçisi qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlamışdı.


Facebook-da paylaş

Xəbəri paylaş