Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Binə Atçılıq Mərkəzində “Elite Horse & Polo Club” kuboku turniri keçirilib



Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” kuboku turniri keçirilib.

ARAF-dan BrendSport.az -a bildiriblər ki, yarışlar üç kateqoriyada təşkil olunub. E kateqoriyası üzrə yarışda 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstəriblər. Bütün yaş qruplarını əhatə edən M kateqoriyasında isə ən hündür maneə 120 santimetr olub.

E kateqoriyası üzrə yarışda Sərhədçi Atçılıq klubunun idmançısı Dünyamalı Qurbanbəyov “Wasab 1” ləqəbli atla birinci, “Val Paulo” ləqəbli atla isə ikinci yeri tutub. “Emily Du Barbour” ləqəbli atla çıxış edən “Omar” atçılıq klubunun idmançısı Nurlan Rüstəmov üçüncü yerə layiq görülüb.

M kateqoriyası üzrə yarışda qalib adına “Sərhədçi” atçılıq klubunun üzvü Seyid Musayev “Gilas” ləqəbli atla sahib olub. Kənan Novruzov “Cera-59” ləqəbli atla ikinci, Anar Balahüseynov “Lorio” ləqəbli atla üçüncü yeri tutublar.

Dekabrın 8-də “Elite Horse & Polo Club” kubokunun ikinci mərhələsinin yarışları keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş