Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək



Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə dekabrın 8-də nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil ediləcək.

BrendSport.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnir şəxsi xarakter daşıyacaq.

Yarışlar stolüstü tennisin təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olunacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş