Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar



Dekabrın 4-dən 9-dək Sankt–Peterburqda stolüstü tennis üzrə N.Q.Nikitinin xatirəsinə həsr olunan XIX beynəlxalq turnir start götürəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az -a bildiriblər ki, beynəlxalq turnirdə oğlanların yarışında Adil Əhmədzadə, Toğrul Məhəmmədov, Hüseyn Eylazov, qızların mübarizəsində isə Mehriban Dadaşova, Fatimə Cəfərova, Arzu Aslanova güclərini sınayacaqlar.

Yığma komandamızın Sumqayıt şəhərindəki təlim-məşq toplanışı dekabrın 3-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş