Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qüdrət Nuriyev: Azərbaycan alpaqudçularının dünya çempionu olması parlaq qələbədir



Bakıda alpaqut Turan döyüş sənəti üzrə iki gün davam edən dünya çempionatında komandamızın qalib gəlməsi bizi son dərəcə məmnun etdi. Azərbaycan komandasının dünya çempionatının qalibi olması parlaq qələbədir.

BrendSport.az saytı xəbər verir ki, Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev AZƏRTAC-a müsahibəsində deyib.

İdmanın bu növü üzrə federasiyanın dörd ildir fəaliyyət göstərdiyini vurğulayan Q.Nuriyev hazırda 45 rayonda alpaqutun inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, əsas məqsəd gələcəkdə idmanın bu növünü respublikamızın bütün rayonlarında inkişaf etdirməkdir. “Azərbaycan alpaqutçuları dünyada rəqib tanımadıqlarını sübut etdilər. İdmançılarımız öz potensiallarından maksimum istifadə edərək komanda hesabında birinci yeri tutdular. Sevindirici haldır ki, ölkəmizdə bu idman növünə maraq getdikcə artır”, - deyə Qüdrət Nuriyev əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş