Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Şimşək” komandası “Payız turniri”nin qalibi olub



AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri” başa çatıb.

BrendSport.az xəbər verir ki, “Şimşək” komandası turnirin qalibi olub. “Azəri” və “Zirvə” isə müvafiq olaraq ikinci və üçüncü yeri tutub.

“Şimşək” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Azəri”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçiliblər. Turnirin ən məhsuldar futzalçısı “Şimşək” komandasının üzvü İbrahim Qədirli olub.

Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş