Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qarabağ"-"Sabah" oyununda qalib müəyyənləşməyib



Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turun növbəti oyunu keçirilib.

BrendSport.az xəbər verir ki, turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Çempion “Qarabağ” debütant “Sabah”ı qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı debütant "Sabah" matçın 44-cü dəqiqəsində açıb. Elgün Nəbiyev fərqlənib - 0:1. Vurulan qoldan bir dəqiqə sonra Yakub Jerniçak hesaba tarazlıq gətirib - 1:1.

Fasilədən sonra hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qeyd edək ki, aktivində 24 xalı olan "Qarabağ" ikinci, 17 xalı olan "Sabah" isə 4-cü pillədə qərarlaşıb.

Gələn turda ağdamlılar "Keşlə"ni, "Sabah" isə "Neftçi" klubunu qəbul edəcək.

Xatırladaq ki, 12-ci turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

Bu qələbədən sonra “Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş