Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: “Qəbələ” səfərdə “Keşlə”ni məğlub edib



Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.

BrendSport.az xəbər verir ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

Bu qələbədən sonra “Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.

Turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempion “Qarabağ” debütant “Sabah”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş