Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Güləşçimiz İslam Abbasov bürünc medal uğrunda yarışacaq



Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İlk yarış günündə yunan-Roma güləşçilərimizdən ikisi mübarizə aparıb.

Təmsilçimiz Ramiz Məmmədov (63 kq) mundiala inamlı start verib. Güləşçimiz 1/8 finalda macar rəqibi Marton Yaşa elə ilk hissədə qalib gəlməyi bacarıb. Ancaq güləşçimiz 1/4 finalda iranlı Meysam Kərəməli Dalxani ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzub.

Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov da 1/8 final mərhələsini rahat keçib. Güləşçimiz Yaponiya təmsilçisi Kanta Şiokavanı ilk hissədə məğlub edib. Növbəti görüş isə ağır keçib. Bununla belə, Abbasov gürcü güləşçisi Qurami Xetsurianiyə də qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq İslam finalın bir addımlığında ukraynalı Semyon Novikovla bacarmayıb.

Güləşçimiz noyabrın 13-də bürünc medal uğrunda görüşə çıxacaq.


Facebook-da paylaş