Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Qarabağ" Ukraynadan qələbə ilə qayıdır



Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukraynanın "Vorskla” klubu ilə qarşılaşıb.

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi öncəki üç oyunda yenilgiyə üzülmüşdü. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzmuşdu.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olmuşdu. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaqdı.

Xarakter göstərən Azərbaycan çempionu qrupdakı ilk zəfərini tək qolla qazanıb. Bununla ağdamlılar həm qolsuzluğa son qoyub, həm də növbəti mərhələylə bağlı azarkeşlərinin ürəyində ümid cücərdib.

Avropa Liqası
Qrup mərhələsi

E qrupu, IV tur

8 noyabr


Vorskla (Ukrayna) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Araz Abdullayev, 12 - pen.

1	Arsenal	4	3	1	0	8:2	10
2	Sportinq	4	2	1	1	4:2	7
3	Vorskla	4	1	0	3	4:7	3
4	Qarabağ	4	1	0	3	1:6	3


Facebook-da paylaş