Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda Könüllülərin Beynəlxalq Gənclər Forumu keçirilir



30 oktyabr 2018-ci il tarixindən başlayaraq Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Könüllülərin Beynəlxalq Gənclər Forumu keçirilir. Forum Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2018-2020-ci illərə dair Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən 70-dən çox gənc nümayəndə iştirak edir.

Forumun keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Forum çərçivəsində "Könüllülük - gənclərdə sosial məsuliyyət və vətəndaş mövqeyinin formalaşdırılması kimi", "Könüllülük hərəkatının inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin formalaşdırılması", “Könüllülük dəyərlərinin təbliğ olunması”, “Yerli və beynəlxalq tədbirlərdə könüllülük proqramları” və sair mövzularda sessiyaların keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Tədbirə sabah yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş