Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb


                     
15 Oktyabr tarixindən başlayaraq Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası idmana məsul nazirlərin sayca 15-ci toplantısı öz işinə başlayıb.
“İdmanda insan haqlarının qorunması: Öhdəliklər və məsuliyyətin bölünməsi” başlığı altında keçirilən, 320-dən çox iştirakçının qatıldığı  toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Toplantıda qeyd edilib ki,  əsas məqam idmanda iştirak və mövcudluğun İnsan haqları vasitəsi ilə təbliğ olunmasıdır. İdmançıların hüquqlarının qorunması, dopinqdən istifadənin qarşısının alınması, ictimaiyyətin hər bir təbəqəsindən olan vətəndaşların idmanla aktiv məşğul olmaları üçün daha geniş imkanların yaradılması müzakirə mərkəzində olub. Bununla yanaşı, idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi də müzakirə olunan əsas  məsələlər sırasında olub.

Qeyd edək ki, konfransin acilişinda  Avropa Şurasinin Bas Katibinin müavini xanim Gabriela Battaini – Dragoni, gurcustanın baş Naziri  Mamuka Baxtadze, Avropa Şurasinin Nazirlər Komitəsinin Başçılığını təmsil edən,  Xorvatiyanın Idmana dair Mərkəzi Dövlət ofisinin Baş katibi xanım Janica Kostelic,  Avropa Olimpiya komitəsinin Prezidenti cənab Janez Kocijàncic və digər rəsmilər iştirak edir.




Facebook-da paylaş

Xəbəri paylaş