Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avroliqada Qarabağın günü



Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" səfərdə Portuqaliya "Sportinq" ilə üz-üzə gələcək. Ağdam təmsilçinin yer aldığı E qrupundakı "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını sınağa çəkəcək.

Azərbaycan milli komandasının futbolçu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı da qrupda ilk oyununa çıxacaq. Komanda Ukraynada Kiyev "Dinamo"sunun qonağı olacaq.

Türkiyə təmsilçilərindən "Beşiktaş" evdə Norveçin "Sarpsporq" klubu ilə qarşılaşacaq. "Fənərbaxça" isə səfərdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə münasibətlərə aydınlıq gətirəcək.

Türkiyə Kubokunun qalibi kimi Avropa Liqasının qrup mərhələsində çıxış etməyə haqq qazanan "Akhisar Bələdiyyəspor" Rusiyanın "Krasnodar" klubunu qəbul edəcək.

Avropa Liqası

Qrup mərhələsi

I tur, 20 senytabr


A qrup

23.00 AEK (Cənubi Kipr) - Sürix (İsveçrə)
23.00 Lüdoqorets (Bolqarıstan) - Bayer (Almaniya)

B qrupu

23.00 Seltik (Şotlandiya) - Rusenborq (Norveç)
23.00 Leyptsiq (Almaniya) - Zaltsburq (Avstriya)

C qrupu

23.00 Kopenhagen (Danimarka) - Zenit (Rusiya)
23.00 Slaviya (Çexiya) - Bordo (Fransa)

D qrupu

23.00 Dinamo (Zaqreb, Xorvatiya) - Fənərbaxça (Türkiyə)
23.00 Spartak (Slovakiya) - Anderlext (Belçika)

E qrupu

23.00 Arsenal (İngiltərə) - Vorskla (Ukrayna)
23.00 Sportinq (Portuqaliya) - Qarabağ (Azərbaycan)

F qrupu

23.00 Düdelanj (Lüksemburq) - Milan (İtaliya)
23.00 Olimpiakos (Yunanıstan) - Betis (İspaniya)

G qrupu

20.55 Rapid (Avstriya) - Spartak (Moskva, Rusiya)
20.55 Vilyarreal (İspaniya) - Reyncers (Şotlandiya)

H qrupu

20.55 Latsio (İtaliya) - Apollon (Cənubi Kipr)
20.55 Marsel (Fransa) - Ayntraxt (Almaniya)

I qrupu

20.55 Beşiktaş (Türkiyə) - Sarpsporq (Norveç)
20.55 Genk (Belçika) - Malmö (İsveç)

J qrupu

20.55 Akhisar Bələdiyyəspor (Türkiyə)- Krasnodar (Rusiya)
20.55 Sevilya (İspaniya) - Standard (Belçika)

K qrupu

20.55 Dinamo (Kiyev, Ukrayna) - Astana (Qazaxıstan)
20.55 Renn (Fransa) - Yablonets (Çexiya)

L qrupu

20.55 PAOK (Yunanıstan) - Çelsi (İngiltərə)
20.55 Videoton (Macarıstan) - BATE (Belarus)


Facebook-da paylaş

Xəbəri paylaş