Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Qarabağ”ın Avroliqadakı rəqiblərində problemlər



“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan “Arsenal”la “Vorskla” heyətlə bağlı problemlə üzləşib.

London klubunun rəsmi saytında xəbər verilir ki, “topçular”ın 7 futbolçusu - Loran Koselni, Aleks İvobi, Karl Cenkinson, Lukas Torreyra, Enzli Meytlend-Naylz, Sead Kolaşinats və Pyer-Emerik Obameyanq zədəlidir. Buna görə də, baş məşqçisi Unay Emeri sentyabrın 15-də Premyer Liqanın 5-ci turunda “Nyukasl”la səfər oyunu üçün heyəti müəyyənləşdirməkdə çətinlik çəkir.

Obameyanq əzələsindəki ağrılara görə Qabon millisinin təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib. 29 yaşlı forvard “topçular”ın son məşqində fərdi şəkildə çalışıb. “Arsenal”ın həkimləri Uruqvay millisində zədələnən Torreyranı da həftəsonu keçiriləcək oyuna çatdırmağa çalışır.

Cenkinson, Meytlend-Naylz və Kolaşinats isə məşqlərə oktyabrda başlayacaq. Koselni fərdi məşqlərə başlasa da, komandaya sentyabrın sonunda qoşulacaq. İvobi isə xəstə olduğu üçün hazırlıq prosesindən kənarda qalıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi - Ukraynanın "Vorskla" klubunun isə üç futbolçusu zədəlidir. Müdafiəçi Aleksandr Çijov, yarımmüdafiəçi Artem Qabelok və hücumçu Yuri Kolomoeç zədədən əziyyət çəkirlər. Bu futbolçuların nə vaxt bərpa olacağı barədə məlumat verilməyib.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Vorskla” və “Sportinq”lə (Portuqaliya) mübarizə aparacaq.


Facebook-da paylaş