Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”la oyunlardakı xal itkisi bizim üçün böyük zərbə oldu”



“Çempionlar Liqasından kənarlaşdırılmağımızı həzm etmək çətin idi. Çünki qrupumuzun liderlərindən xal aldıq”.

Bunu UEFA-nın rəsmi saytına müsahibəsində İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone deyib.

Avqustun 15-də UEFA Superkuboku uğrunda “Real Madrid”lə keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşən 48 yaşlı argentinalı mütəxəssis, ötən mövsüm Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarının səbəbkarı kimi “Qarabağ”ı göstərib: “Biz “Çelsi” və “Roma”ya görə deyil, “Qarabağ”la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün böyük zərbə oldu. Çünki qitənin ən nüfuzlu klub turnirində yaxşı çıxış etmək istəyirdik”.

Qeyd edək ki, ötən mövsüm ÇL-də “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” həm Bakıda, həm də Madriddə xal itkisi ilə üzləşib (0:0, 1:1). Bu səbəbdən qrupda 3-cü yeri tutan paytaxt komandası mübarizəni Avropa Liqasında davam etdirib və turnirin qalibi olub. “Real Madrid” isə ÇL-də birinci yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş