Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qarabağ" üçün BATE-dən sonra Hollandiya nəhəngi

"Qarabağ" üçün BATE-dən sonra Hollandiya nəhəngi

Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında saat 14:00-da başlayan tədbirdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. "Qarabağ" Eyndhoven təmsilçisinə rəqib olsa, ilk görüşü Bakıda keçirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu


"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)

"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

Liqa Yolu

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi - "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.


Facebook-da paylaş